Sen 07, 2017 15:44 Asia/Baku
  • 
Bakıda Myanma müsəlmanlarına dəsətk piketi
    Bakıda Myanma müsəlmanlarına dəsətk piketi

Bu gün Bakıda bir qrup qadın Xocalı soyqırımı abidəsi qarşısına toplaşaraq Myanmada müsəlmanların qırğın edilməsi və onlara qarşı edilən zülm və cinayətləri pisləyib.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Xocalı soyqırımı abidəsi qarşısına toplaşan qadınlar Myanma müsəlmanlarının məzlumluğunu özündə əks etdirən şəkillərdən ibarət plakatlar daşıyaraq, Allahu Əkbər və "zalımlara lənət" fəryadları ilə Myanma müsəlmanlarına dəstək olduqlarını bildiriblər və Müsəlmanların qırğınını pisləyiblər. 

Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri Növrəstə İbrahimova Kütləvi İnformasiya Vasitələrinə verdiyi açıqlamada bu böyük faciə münasibəti ilə insanlıq aləminə başsağlığı verib və deyib: Myanma faciəsi bütün müsəlmanları narahat edir və biz bu gün Arakanda insanlığa sığmayan vəhşilikləri və cinayətləri pisləmək üçün buraya toplaşmışıq. 

N.İbrahimova deyib: Biz buraya toplaşmışıq ki, dünyaya və azadlıqsevər insanlara Myanmada törədilən cinayətlərin insanlığa sığışmadığını deyək, artıq zülm bəsdir. Uca səslə elan edirik ki, Myanma müsəlmanları tənha deyil. Bütün insanlar bu vəhşilik qarşısında susmamalıdır. 

Teqlər