Sen 09, 2017 10:28 Asia/Baku
  • Azərbaycan Myanma müsəlmanlarına yardım göndərdi
    Azərbaycan Myanma müsəlmanlarına yardım göndərdi

Azərbaycan Respublikası Myanmada kütləvi zorakılığa məruz qalan və Banqladeşə sığınan Rohingya müsəlmanlarına 100 ton humanitar yardım göndərib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib. Bu barədə Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinin yaydığı birgə məlumatda bildirilir. Humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib. Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları o cümlədən 20 ton şəhkər, 20 min litr bitki yağı, 10 ton qatılaşdırılmış süd, 10 ton konservləşdirilmiş ət, 20 ton makaron, 20 ton buğda və digər məhsullar daxildir.

Teqlər