Azərbaycan prezidenti Qazaxıstana səfər edib
-
Azərbaycan prezidenti Qazaxıstana səfər edib
Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İlham Əliyev şənbə günü İƏT-in "Elm, Texnologiya və İnnovasiya" mövzusunda keçiriləcək sammitində iştirak məqsədi ilə Astanaya səfər edib.
İlham Əliyev Astana hava limanında Qazaxıstanın vitse-prezidenti İrbolat Dasayev və Astana merinin müavini Qasım Eydməhəmmədov tərəfindən qarşılanıb.
Sentyabrın 10-u və 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində, "İstiqlal" sarayında İslam Əməkdaşlıq Təşkilatının "Elm, Texnologiya və İnnovasiya" mövzusunda ilk sammiti keçiriləcək. İclasa Qazaxıstan prezidenti Nursultan Nazarbayev sədrlik edəcək.
Bu iclasda müxtəlif üzv ölkələrdən 80 heyətin qatılacağı gözlənilir. İclasa müşahidəçi ölkələr habelə, regional və beynəlxalq təşkilatlar da öz nümayəndələrini göndəriblər.
Bu iclasda 57 İslam ölkəsi başçısı və elm nazirinin iştirak edəcəyi gözlənilir. İclasda İƏT-in 2016-2026-cı illər üçün 10 illik elm və texnologiya sənədi təsdiq edilməli və birgə bəyanat yayılmalıdır.
Bu iclas Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 14 apreldə İstanbul sammitində irəli sürdüyü təklif əsasında keçirilir.
Bu, İslam Əməkdaşlıq Təşkilatının prezidentlər səviyyəsində təşkil etdiyi ilk "Elm, Texnologiya və İnnovasiya" sammitidir.