İran və Azərbaycanın iqtisadi əlaqələrinin genişləndirilməsi vurğulandı
https://azeri.sahartv.ir/news/azərbaycan-i282393-İran_və_azərbaycanın_iqtisadi_əlaqələrinin_genişləndirilməsi_vurğulandı
İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkənin ötən 9 ay ərzində iqtisadi və ticarət əlaqələrinin 40% artdığını bildirərək deyib: Bununla belə mübadilələrin həcmi Tehran-Bakının yaxşı siyasi əlaqələrinə münasib deyil.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 15, 2017 04:48 Asia/Baku
  • İran və Azərbaycanın iqtisadi əlaqələrinin genişləndirilməsi vurğulandı
    İran və Azərbaycanın iqtisadi əlaqələrinin genişləndirilməsi vurğulandı

İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkənin ötən 9 ay ərzində iqtisadi və ticarət əlaqələrinin 40% artdığını bildirərək deyib: Bununla belə mübadilələrin həcmi Tehran-Bakının yaxşı siyasi əlaqələrinə münasib deyil.

İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cahangirzadə cümə axşamı günü II Beynəlxalq Sənaye Sərgisinin kənarında ticarət-sənaye beynəlxalq konfransında əlavə edib: Bu konfransların keçirilməsi İran və Azərbaycanın, eləcə də digər region ölkələrinin müxtəlif potensiallarınn tanıtdırılmasında əsalı rola malik ola bilər. 

Caspindexpo sərgisi və beynəlxalq tikinti sərgisi eyni zamanda 13-16 sentyabrda Azərbaycan paytaxtı Bakı şəhərində keçirilir. 

20 İran şirkəti, 15 ölkədən 32 şirkət, Bakı Beynəlxalq Sənaye Sərgisində iştirak edir.