Sen 28, 2017 22:03 Asia/Baku
  • 
Bakıda beynəlxalq səhiyyə sərgisi keçirilib
    Bakıda beynəlxalq səhiyyə sərgisi keçirilib

Bakıda 23-cü beynəlxaq səhiyyə sərgisi 19 ölkədən o sıradan İran İslam Respublikasından cəmi 104 şirkətin iştirakı ilə öz işinə başlayıb.

İRİB-in verdiyi məlumata görə, Bakının Ekspo Sentr mərkəzində keçirilən sərgidə müxtəlif ölkələrin dərman və modern tibbi təchizatlar, labaratoriya, əməliyyat palatası təchizatları və səhiyyə və müalicə ilə əlaqədar digər istehsal malları nümayiş etdirilib.

İrandan tibb və səhiyyə sahəsində istifadə edilən toxunmamış parçalar istehsal edən bir şirkət iştirak edir.

Sərginin ən önəmli pavilyonu Azərbaycanla əczaçılıq və digər tibb sənayesi sahələrində əməkdaşlıq edən şirkətlərlə əlaqədardır. Bunlar Pirallahı kompleksində fəaliyyət göstərirlər.

İran və Azərbaycanın müştərək əczaçılıq zavodu da bu qəbildəndir və İranın Şesta və Azərbaycanın iki şirkətinin birgə əməkdaşlığı nəticəsində inşa edilməkdədir.

Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu barədə deyib: Azərbaycanda əczaçılıq sənayesinin inkişafı istiqamətində Pirallahı kompleksində İran və Azərbaycanın müştərək əczaçılıq zavodu inşa edilməkdədir və ümid edilir ki bu əməliyyat sürətlə yekunlaşacaq.

İran və Azərbaycanın müştərək əczaçılıq zavodu 10 hektarlıq ərazidə inşa edilir və istifadəyə verildikdən sonra 84 növ dərman istihsal edəcək.

Bakıda 23-cü beynəlxalq səhiyyə sərgisi öz fəaliyyətini 3 gün müddətində davam etdirəcək.

Teqlər