Okt 26, 2017 11:35 Asia/Baku
  • Azərbaycanda 3 terrorçu zərərsizləşdirildi
    Azərbaycanda 3 terrorçu zərərsizləşdirildi

Bakıda terror aktı törətməyə cəhd göstərən 3 terrorçu öldürülərək, zərərsizləşdirilib.

Yerli mənbələrin bildirdiklərinə görə, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan sərhədlərindən kənarda fəaliyyət göstərən təkfirçi-terrorçu qruplaşmalara öz bağlılığını elan etmiş bir dəstə bakının ətrafında, Qaradağ rayonunun Lökbatan ərazisində Məhəmməd Sadıq adlı şəxsin övladı olan Bəxtiyar Əliəkbərovun mənzilinə toplaşaraq, özləri üçün dəstə başçısı seçməklə yanaşı, terror aktı törətmək üçün kustar üsulla partlayıcı qurğular hazırlamaq qərarına gəliblər. Bu partlayıcı qurğunun hazırlanmasından sonra, onu Qaradağ rayonu, Lökbatan ərazisində sınaqdan da keçiriblər. 

Bu məlumata görə, bu şəxslər öz yığıncaqlarında ölkənin təhlükəsizliyini və ictimai asayişi pozmaq məqsədi iə 28 oktyabrda Milli Şuranın Məhsul stadionunda keçiriləcək mitinqi zamanı terror aktı törətməyi planlaşdırırmışlar. 

Bu barədə dəqiq məlumatların əldə edilməsinin ardınca Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları 25 oktyabrda xüsusi əməliyyat tədbiri həyata keçiriblər. Əməliyyat zamanı təslim olmaq istəməyərək, təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərən terrorçular "Əbu Yunis" ləqəbli Bəxtiyar Ələkbərov, "Əbu Baqqal" ləqəbli Anar Məsimli Mehman oğlu və Cavid Hüseynli Hüseyn oğlu öldürülərək, zərərsizləşdiriliblər. 

Hadisə ilə bağlı araşdırmalar davam edir. 

Məlumatda həmçinin deyilir: Milli Şuranın mitinqi 28 oktaybrda Məhsul stadionunda keçiriləcək və Bakı şəhər İcra Hakimiyyəti bu mitinqin keçirilməsinə icazə verib. 

Teqlər