Azərbaycanlı Ərbəin zəvvarlarının ilk dəstəsi İran Astarasına daxil olub
-
Azərbaycanlı Ərbəin zəvvarlarının ilk dəstəsi İran Astarasına daxil olub
İranın sərhəd Astara şəhərinin icra başçısı Azərbaycanlı Ərbəin zəvvarlarının birinci dəstəsinin Astara şəhərinə daxil olmasından xəbər verib.
Yunis Rənckeş Astara gömrük məntəqəsində Ərbəin zəvvarları üçün təyin edilmiş məkana baxış keçirərkən deyib: Ərbəin zəvvarlarının ilk dəstəsi 3 avtobus ilə Astara şəhərinə daxil olub.
O, daha sonra deyib: Sayı 130 nəfər olan bu zəvvarlar Azərbaycanın Gəncə şəhərindən gəliblər.
Rənckeş həmçinin deyib: Zəvvarlar İran ərazisinə daxil olduqları zaman, Astara şəhərində Hüseyn(ə) Ərbəini qərargahının xadimləri tərəfindən qarşılanıblar.
O, əlavə edib: Astara şəhərində görülən lazımi tədbirlər nəticəsində Ərbəin zəvvarlarının qarşılanması, yerləşdirilməsi və ehtiyaclarının təmin edilməsi prosesi yüksək səviyyədə təşkil edilib.
Astara şəhərinin icra başçısının dediyinə görə, qarşıdan gələn günlər ərzində Astara sərhəd keçid məntəqəsindən keçərək İrana 10 mindən çox Ərbəin zəvvarının daxil olacağı proqnoz edilir. Ərbəin zəvvarları daha sonra böyük Ərbəin yürüşündə iştirak etmək üçün İraqa doğru səfər edəcəklər.