Azərbaycan səhiyyə nazirinin müavini ABŞ Dövlət Departamentinin tövsiyəsinə reaksiya verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i286562-azərbaycan_səhiyyə_nazirinin_müavini_abŞ_dövlət_departamentinin_tövsiyəsinə_reaksiya_verib
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycanda cərrahiyyə əməliyyatı keçirməmək və bu ölkənin dərman preparatlarından istifadə etməməklə əlaqədar ABŞ Dövlət Departamentinin ABŞ vətəndaşlarına tövsiyəsinə reaksiya verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 15, 2017 10:37 Asia/Baku
  • Azərbaycan səhiyyə nazirinin müavini ABŞ Dövlət Departamentinin tövsiyəsinə reaksiya verib
    Azərbaycan səhiyyə nazirinin müavini ABŞ Dövlət Departamentinin tövsiyəsinə reaksiya verib

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycanda cərrahiyyə əməliyyatı keçirməmək və bu ölkənin dərman preparatlarından istifadə etməməklə əlaqədar ABŞ Dövlət Departamentinin ABŞ vətəndaşlarına tövsiyəsinə reaksiya verib.

İRİB-in Bakıdakı nümayəndəliyinin APA-ya istinadla verdiyi məlumata görə, Elsevər Ağayev bu haqda deyib: Bu seçim ABŞ Dövlət Departamentinin fikridir. Lakin hər hər halda Azərbaycan Respublikasında yaşayan ABŞ və digər ölkələrin vətəndaşları bu ölkənin səhiyyə və sağlamlıq sistemindən faydalanırlar. 

O əlavə edib: Dünyada heç bir cərrahiyyə əməliyyatı yoxdur ki, Azərbaycan Respublikasında həyata keçirilməsi. Hal-hazırda Azərbaycanda 875 ixtisaslı tibbi müəssisə və 2300 aptek fəaliyyət göstərir və gün-gündən onların sayı artır. 

Təxminən 13 gün öncə ABŞ Dövlət Departamenti öz vətəndaşlarından istəmişdi ki, Azərbaycan Respublikasında tibb sahəsinin peşəkar olmadığına və tibb sistemində bəzi problemlərin mövcud olduğuna görə, cərrahiyyə əməliyyatı keçirmək və dərman preparatlarından istifadə etməkdən çəkinsinlər.