Bakıda ABŞ səfirliyi önündə anti-Amerika aksiyası
Azərbaycan Respublikasının xalqı bir daha Amerikanın Bakıdakı səfirliyi önündə anti-ABŞ aksiyası keçirərək, ABŞ-ın və sionist rejimin fitnələri qarşısında Fələstin xalqına dəstək verib.
Azərbaycan Respublikasında "Maarifə çağırış" ictimai birliyinin üzvləri bu ölkə vətəndaşları ilə yanaşı, Amerikanın Bakıdakı səfirliyi önünə toplaşaraq, ABŞ prezidenti Donald Trampın Beytulmuqəddəsi sionist rejimin paytaxtı kimi tanımaq və Amerika səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi üzrə hərəkətinə etiraz ediblər.
Bu məlumata əsasən, etirazçılar Amerika və sionist rejim əleyhinə şüarlar verərək, Amerikanın fitnələri qarşısında Fələstin xalqına dəstək veriblər.
Həmçinin əllərində, üzərlərində "Qüds, müsəlmanların ilk qibləsi" və "Qüds və Qarabağın azadlığı" şüarları yazılmış plakatlar tutmuş etirazçılar Fələstin ərazilərinin sionist qəsbkarların işğalından azad edilməsini istəyiblər.