Dek 28, 2017 21:24 Asia/Baku
  • Nardaran 2 işi məhbusları uzun müddətə azadlıqdan məhrum ediliblər
    Nardaran 2 işi məhbusları uzun müddətə azadlıqdan məhrum ediliblər

Azərbaycan Respublikası Müsəlman Birliyi Hərəkatının üzvləri ilə bağlı qərar bu gün məhkəmənin iclasından sonra verilib.

İRİB-in Bakıdakı nümayəndəliyinin İslamınsesi internet portalına istinadla verdiyi məlumata görə, bu hərəkatın üzvləri 12 ildən 15 ilə qədər azadlıqdan məhrum ediliblər.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün Mail Bayramovun sədrliyi ilə keçirilən məhkəmə iclasından sonra Nardaran 2 işində saxlanılan məhbusların uzun müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar oxunub.

Verilən qərarlara əsasən, Azərbaycan Respublikası Müsəlman Birliyi Hərəkatının sədr əvəzi Elçin Qasımov və Ağaəli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Elgün Axundov, İsa İbrahimov, Vüsal Alış, Fərhad Muradov və Seyfəddin Şirinov 12 il 6 ay, Seymur Aslanov, Ramin Əliyev, Əli Şahbazi, Əmirli Əliyev 12 il 3 ay müddətinə azadlıqdan məhrum olunublar.

Nardaran hadisəsi 2015-ci il noyabrın 26da Nardaran qəsəbəsində baş verdi. Bu əməliyyatda 2 polis və 4 Nardaran sakini həlak oldu.

Bu hadisədə Sabunçu Polis İdarəsinin əməliyyatı nəticəsində təxminən 70 nəfər saxlanıldı. Bakı Ağır Cinayətlər Məhkəməsinə üç cinayət işi göndərildi. Lakin müttəhimlər heç bir ittihamı qəbul etmir.

Teqlər