Bakı Vaşinqtona etiraz edib
Azərbaycan Respublikası qondarma Qarabağ respublikasının prezidenti Bako Sahakyanın Amerikaya səfərinə, ABŞ konqresindəki iştirakına və qondarma respublika haqqındakı təbliğatına etiraz edərək, ABŞ-ın Bakıdakı səfiri Robert Sekotanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu etiraz Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü qismində onun tərəfindən rəsmi nota kimi Amerikanın Bakıdakı səfirinə təhvil verilib.
Bu məlumata görə, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri də Azərbaycan Respublikasının bu barədəki etirazını Birləşmiş Ştatlara elan edibdir.
Hikmət Hacıyev belə qeyd edib: Bako Sahakyan Azərbaycan Respublikasının Dağlıq Qarabağ məntəqəsinin Xankəndi şəhərinin sakinlərindən biridir. O, qeyri-düzgün məlumatlar təqdim edib, Amerika vizası alaraq, Ermənistan pasportu ilə ABŞ torpağına daxil olubdur.
Amerika dövləti ona bu səfərdə özünün qondarma rejimini təbliğ etmək və Azərbaycan Respublikası ərazisinin işğalına kömək hədəfilə Amerika ərazisində maliyyə yardımları toplamaq üçün lisenziya veribdir.
Amerika dövlətinin bu addımı beynəlxalq hüquq normaları ilə təzad təşkil edərək, BMT Təhlükəsizlik Şurası qətnamələrinin, Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasındakı ikitərəfli sənədlərin və Amerikanın rəsmi mövqeyinin əleyhinədir.
Amerikanın addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı bir addım hesab olunur.
O, əlavə edib: Bu notada həmçinin qeyd olunubdur ki, Azərbaycan Respublikası ABŞ qarşısındakı bütün prinsipləri və beynəlxalq öhdəlikləri yerinə yetirir və buna görə, Amerika ərazilərində də Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı təxribatçılıq hərəkətlərnin qarşısı alınmalıdır. Bu notada habelə vurğulanıb ki, Amerikanın bu hərəkəti, ABŞ-ın özünün, üzvlərindən biri olduğu vasitəçi qrupun sülh danışıqları prosesinə xələl gətirir və bölgədə gərginliyin artmasına bais olaraq, regionda təhlükəsizliyin pozulmasına bir cəhd hesab edilir.
Hikmət Hacıyev Vaşinqtonun, Birləşmiş Ştatların Azərbaycan Respublikası xalqının və bu ölkənin ümumi fikrinin gözündən düşməsinə bais olduğunu xatırladaraq, deyib ki, Azərbaycan Respublikası cavab addımı atmaq hüququnu özündə saxlayır.