Mart 27, 2018 09:08 Asia/Baku
  • Bakıda Səudiyyə Ərəbistanının səfirliyi önündə aksiya keçirilib
    Bakıda Səudiyyə Ərəbistanının səfirliyi önündə aksiya keçirilib

Bir qrup dindar Səudiyə Ərəbistanının Bakıdakı səfirliyi önündə aksiya keçirib,

İRNA-nın verdiyi məlumata görə, bazar ertəsi günü  xeyli sayda inanclı şəxs Bakıda Səudiyyə Ərəbistanı səfirliyi qarşısında "Yəmənə azadlıq" adı altında etiraz aksiyası keçiriblər. Etirazçılar "Yəməndən əlini çək", "Səud rejimi, qətliamlarına son qoy", "məzlumları ağlatma" kimi şüarlar səsləndiriblər. Aksiya polis müdaxiləsi nəticəsində dağıdılıb. Nəticədə onarla dindar saxlanılıb. 

Ərəbistan ABŞ-ın dəstəyi ilə 25 mart 2015-ci il tarixində Yəmənə qarşı müharibəyə başlayıb. Ərəbistan Yəməni havadan, qurudan və dənizdən mühasirəyə alaraq, bu ölkəni amansız hücumlarının hədəfinə çevirib. 

Yəmənin istefada olan fərari prezidenti Əbdürrəbbə Mənsur Hadini yenidən iqtidara qaytarmaq bəhanəsi ilə Yəməni xarabalığa çevirən Ali-Səud rejimi on minlərlə insanın ölməsi və milyonlarla insanın yaşayış  yerini itirməsinə səbəb olub. 

Həmçinin, Ərəbistanın Yəmənə qarşı başlatdığı savaş bu ölkənin ərazaq və dərman qıtlığı ilə üzləşməsinə səbəb olub. 

Bütün bunlara baxmayaraq, Yəmən xalqının müqaviməti Ərəbistanın öz çirkin məqsədinə nail olmasına imkan verməyib. 

Teqlər