Apr 03, 2018 15:45 Asia/Baku
  • Ş.Koreyanın xarici işlər naziri Çin, Azərbaycan R. və Rusiyaya səfər edəcək
    Ş.Koreyanın xarici işlər naziri Çin, Azərbaycan R. və Rusiyaya səfər edəcək

Şimali Koreyanın xarici işlər naziri Çin, Azərbaycan Respublikası və Rusiyaya səfər edəcək.

Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho öz səfərinin ilk mərhələsində Pxenyandan Pekinə yola düşübdür.

Şimali Koreyanın xarici işlər naziri Çin səfərində bu ölkənin yüksək vəzifəli rəsmilərilə görüşəcək.

Ho cümə axşamı və cümə günləri də Azərbaycan Respublikasına rəsmi səfərə çıxacaq və Qoşulmama Hərəkatının başçıları ilə görüşəcəkdir.

Şimali Koreyanın baş diplomatı bu iclasdan sonra Bakıdan Moskvaya yola düşəcək. Bundan öncə Rusiyanın xarici işlər nazirliyi Şimali Koreyanın xarici işlər nazirinin bu ölkəyə baş tutacaq səfərindən xəbər vermişdi.

Hərçənd Şimali Koreyanın xarici işlər nazirliyi bu səfərin hədəflərini yaymayıb, amma müşahidəçilər bu ölkənin xarici işlər nazirinin Pekinə və Moskvaya səfərlərini Şimali Koreya rəhbərinin ötən həftə Çinə olmuş səfərinin davamı hesab edirlər.

Teqlər