İyun 04, 2018 15:31 Asia/Baku
  • Vaizi: İranın siyasəti qonşularla əlaqələrin genişləndirilməsindən ibarətdir
    Vaizi: İranın siyasəti qonşularla əlaqələrin genişləndirilməsindən ibarətdir

İran İslam Respublikası prezidentinin ofisinin rəhbəri İranın siyasətinin qonşu ölkələr xüsusiylə Avrasiya və Qafqaz ölkələri ilə əlaqələrin genişləndirilməsindən ibarət olduğunu vurğulayaraq deyib: Tehran-Bakı əlaqələrinin inkişafı üçün lazımı infranstrukturlar hazırdır.

Mahmud Vaizi bu gün Bakıda Azərbaycan Respublikasının baş naziri Novruz Məmmədov ilə görüşündə iki xalq arasındakı mədəni və dini ortaqlıqlar eləcə də iki ölkə prezidentlərinin iradəsinə toxunaraq deyib: Bu ortaqlıqlar iki ölkə əlaqələrinin inkişafı üçün ən böyük sərmayədir. 

İİR prezidentinin ofisinin rəhbəri İran ilə Azərbaycan arasında tərcih edilən ticarətin iki ölkə arasındakı ticarət və iqtisadi münasibətlərə əlavə təkan verəcəyini bildirərək deyib: Region son illər ərzində ayrı-ayrı böhranlarla üz-üzə durub və iki tərəfli iləcə də çox tərəfli əməkdaşlıqların regionda sülhün inkişafı naminə davam etdirilməsi zərurət kəsb edir. 

Görüşdə Azərbaycanın baş naziri Novruz Məmmədov da ölkəsinin İran ilə iqtisadi əməkdaşlıqlrın inkişafında qərarlı olduğunu bildirərək deyib: Sevindirici haldır ki, son 5 ildə İran ilə Azərbaycan arasında bütün razılaşmaların icra edilməsi və xüsusiylə avtomobilqayırma, əczaçılıq və enerji sahələrindəki layihələrin inkişafı ilə iki ölkə arasındakı əməkdaşlıqların səviyyəsi yüksəlmişdir. 

Novruz Məmmədov deyib: İranın əməkdaşlığı ilə Azərbaycan Respublikasında ildə 10 min avtomobil istehsal edilir ki bu rəqəm yaxın gələcəkdə 30 minə çatdırılacaq. 

Azərbaycanın baş naziri Bakının şimal-cənub nəqliyyat dəhlizi layihəsində iştirakda maraqlı olduğunu bildirərək deyib: Bu layihə ən iri regional layihələrdən biri olaraq yüklərin şərqdən Qafqaza və oradan Avropanın şərqinə daşınması müddəti və xərcini yarıya endirəcək. 

Vaizi dünən axşam Azərbaycan Respublikası rəsmiləri ilə görüşüb danışıqlar aparmaq üçün Bakıya daxil olmuşdur. 

Teqlər