Bakıda R.Novruzzadənin məhkəməsi keçirilib
Qum universitetində ilahiyyat və hüquq tələbəsi olan azərbaycanlı Ruhullah Novruzzadənin məhkəməsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilib.
İislamazeri.az portalının verdiyi məlumata görə, üç ilə yaxındır Azərbaycana girişinə qadağa qoyulan ilahiyyatçı və Qum Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Ruhullah Novruzzadənin məhkəməsi keçirilib. Məhkəmə prosesi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində, hakim Tahirə Əsədovanın sədrliyilə Ruhullah Novruzzadənin ailəsinin Azərbaycan Dövlət Sərhəd Xidmətinə qarşı məhdudiyyətin ləğv edilməsi tələbi əsasında şikayəti əsasında keçirilib.
Bu haqda İslamazeri.com-a Ruhullah Novruzzadənin ailəsi məlumat verib.
Məlumata görə, məhkəmə işin Suraxanıya göndərilməsi haqda qərar qəbul edib.
Qeyd edək ki, Ruhullah Novruzzadə hazırda həbs həyatı yaşayan ilahiyyatçı Abgül Süleymanovun qaynıdır.