BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub
İyun 25, 2018 11:59 Asia/Baku
-
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olunub
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikası üzrə nümayəndəliyinin yeni rəhbərinin adı məlum olub.
APA xəbər agentliyinin verdiyi məlumata görə, bu vəzifəyə Quido D`Ambrosio təyin olunub.
Quido D`Ambrosio öz rəsmi fəaliyyətinə iyul ayının ikisindən başlayacaq.
Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikası üzrə nümayəndəliyinin bundan öncəki rəhbəri Furio De Angelis bu ölkədəki missiyasını artıq başa vurubdur.