İyul 10, 2018 17:50 Asia/Baku
  • Azərbaycan Respublikası hərbçiləri Əfqanıstana göndərilir
    Azərbaycan Respublikası hərbçiləri Əfqanıstana göndərilir

Azərbaycan Respublikası hərbçilərindən ibarət bir qrup Şimali Atlantika Alyansı NATO-nun qətiyyətli dəstək adlı əməliyyatı çərçivəsində Əfqanıstana missiya üçün göndərilib.

İRNA-nın bu günkü məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir bəyanat yayaraq bildirib ki, bu hərbçilər bu gün Əfqanıstana göndərilib. 

Azərbaycanlı hərbçilərin Əfqanıstanda sülh missiyası 2002-ci il noyabrda başlayıb. 

Hal-hazırda Azərbaycan Respublikasının 120 hərbçisi, iki həkim və 6 qərargah zabiti Əfqanıstanda beynəlxalq sülh missiyasını həyata keçirməkdədir. 

Teqlər