Bakı QDQR prezidentinin Rusiyaya səfərinə etiraz edib
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyanın Rusiyaya səfərini Moskva-Bakı "Dostluq və Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Müqaviləsi"nin ruhuna zidd adlandırıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dünən yayılmış bəyanatında deyilir: Rusiyanın Bako Sahakyanı qarşılaması Moskva-Bakı münasibətlərinin yüksək səviyyəsi ilə əsla uyuşmur.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu bəyanatda vurğulayıb ki, Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin Rusiyaya səfəri Moskva və Bakının "Dostluq və Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizlik Müqaviləsi"ndə iki tərəfin separatçı hərəkətlərə dəstək verməmə və iki ölkənin suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyünə qarşı fəaliyyətlərin qadağan edilməsi sahəsindəki öhdəlikləri ilə daban-dabana ziddir.
Bəyanatda sonra deyilir: Qondarma Dağlıq Qarabağ Respublikasının qanunsuz qrupunun üzvlərinin ATƏT-in Minsk Qrupuna üzv ölkələrə səfəri bu münaqişəli məntəqədə gözlənilməz vəziyyətin yaranmasına gətirib çıxara bilər və onun məsuliyyəti Ermənistanın üzərinə düşəcəkdir.
Ötən həftələrdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin Fransa və Amerikaya səfərlərinə də etiraz etmişdi.