Azərbaycan Respublikası Avropa Parlamentinin qətnaməsinə etiraz edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i332833-azərbaycan_respublikası_avropa_parlamentinin_qətnaməsinə_etiraz_edib
Azərbaycan Respublikası Avropa Parlamentinin Bakıda həbsdə olan bloqqer Mehman Hüseynov barədəki qətnaməsini qərəzli və bu ölkənin daxili işlərinə qarışma adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2019 08:05 Asia/Baku
  • Azərbaycan Respublikası Avropa Parlamentinin qətnaməsinə etiraz edib
    Azərbaycan Respublikası Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Azərbaycan Respublikası Avropa Parlamentinin Bakıda həbsdə olan bloqqer Mehman Hüseynov barədəki qətnaməsini qərəzli və bu ölkənin daxili işlərinə qarışma adlandırıb.

Azərbaycan Respublikasının Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin başçısı Səməd Seyidov dünən Azərbaycan Respublikası dövlətindən Mehman Hüseynovun azadlığa buraxılması istənilmiş bu assambleyanın qətnaməsinə reaksiyada deyib ki, Avropa Parlamentindəki bəzi dairələr digər ölkələrin məsələləri barədə ikili standartlardan çıxış edirlər.

Səməd Seyidov əlavə edib: Avropa Parlamenti Fransadakı hazırkı etirazlar və hadisələr kimi bir çox mühüm məsələni, eləcə də Avropa Birliyi daxilindəki digər məsələləri araşdırmaq yerinə, gerçəklikdən uzaq olan mövzuları ön plana çəkibdir.

Azərbaycan Respublikası dövləti ilə müxalif olan blogger Mehman Hüseynov 2017-ci ilin martında qanunsuz fəaliyyətlər ittihamı ilə iki il həbsə məhkum olunubdur.