Bakıda müxalifət mitinq keçirdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i332908-bakıda_müxalifət_mitinq_keçirdi
Bu gün Bakıda Saat 15-də "Məhsul" stadionunda Milli Şura tərəfindən təşkil edilmiş mitinq keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2019 17:25 Asia/Baku
  • Bakıda müxalifət mitinq keçirdi
    Bakıda müxalifət mitinq keçirdi

Bu gün Bakıda Saat 15-də "Məhsul" stadionunda Milli Şura tərəfindən təşkil edilmiş mitinq keçirib.

Mitinqin başlıca tələbləri Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi və korrupsiya qarşı mübarizə olub.

Mitinqə qatılan müxalifət partiyaları hesab ediblər ki, hakimiyyət polisin gücündən istifadə etməklə aksiyanın kütləviliyinin qarşısını almağa çalışıb.

Azərbaycan rəsmiləri dəfələrlə deyiblər ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Rəsmilərin sözlərinə görə, “müxalifətin aksiyalarına xalq dəstək vermir, bu üzdən müəyyən əsassız iddialarla bunu pərdələmək istəyirlər”.

Meydana toplaşan mitinq iştirakçılarının əllərində “Bu vətən bizimdir”, “ Siyasi məhbuslara azadlıq”, “Mehman Hüseynova azadlıq”, “Biz qalib gələcəyik” və başqa şüarlar yazılmış plakatlar tutublar.