Tehran-Bakı əlaqələrinin genişlənməsi hər iki ölkənin xeyrinədir
https://azeri.sahartv.ir/news/azərbaycan-i351131-tehran_bakı_əlaqələrinin_genişlənməsi_hər_iki_ölkənin_xeyrinədir
İran İslam Respublikasının prezidenti maraq doğuran sahələrdə Tehran-Bakı əlaqələrinin daha da genişlənməsini alqışlayıb. Vurğulayıb ki, münasibət və əməkdaşlıqların inkişafı təkcə iki xalqın deyil, həm də bölgənin xeyrinədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2019 16:37 Asia/Baku
  • Tehran-Bakı əlaqələrinin genişlənməsi hər iki ölkənin xeyrinədir
    Tehran-Bakı əlaqələrinin genişlənməsi hər iki ölkənin xeyrinədir

İran İslam Respublikasının prezidenti maraq doğuran sahələrdə Tehran-Bakı əlaqələrinin daha da genişlənməsini alqışlayıb. Vurğulayıb ki, münasibət və əməkdaşlıqların inkişafı təkcə iki xalqın deyil, həm də bölgənin xeyrinədir.

Həsən Ruhani Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşdə Bakının Qoşulmama Hərəkatının 18-ci sammitinin keçirilməsində göstərdiyi səylərə görə təşəkkür edib. Bildirib ki, İran və Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmilərinin səyləri ilə iki ölkə münasibətlərinin səviyyəsi qənaətbəxş səviyyəyə yüksəlibdir.

İqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın Tehran-Bakı əməkdaşlıqlarının daha da genişlənməsindəki dəyərli rolundan məmnunluq ifadə edən Ruhani qeyd edib ki, sənaye həmkarlıqları sahəsində iki ölkə arasında yaxşı əməkdaşlıq zəmini yaranıb və İran Azərbaycan Respublikası ilə qarşılıqlı münasibətləri müxtəlif sahələrdə genişləndirməyə hazırdır.

İlham Əliyev də İran prezidentinin Bakıya səfərini iki ölkə münasibətlərinin inkişaf etdirilməsi üçün münasib fürsət adlandırıb. Qeyd edibdir ki, iki ölkənin dərin mədəni-tarixi ortaqlıqları həmkarlıqların daha da genişlənməsi üçün münasib zəmin yaradıbdır.