İlham Əliyev sərt tədbirlərin müsbət nəticə verdiyini deyir
https://azeri.sahartv.ir/news/azərbaycan-i361132-İlham_Əliyev_sərt_tədbirlərin_müsbət_nəticə_verdiyini_deyir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda hökumətin koronavirusla mübarizədə düzgün qərarlar çıxardığını söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2020 06:00 Asia/Baku
  • İlham Əliyev sərt tədbirlərin müsbət nəticə verdiyini deyir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda hökumətin koronavirusla mübarizədə düzgün qərarlar çıxardığını söyləyib.

Azərbaycan dövlət başçısı bildirib: "Vaxtaşırı sərtləşdirdiyimiz məhdudlaşdırıcı tədbirlərin müsbət nəticəsi olmuşdur və artıq iki həftədir ki, ölkədə müsbət dinamika var. Yəni, sağalanların sayı yoluxanların sayından artıqdır. Ölüm faizinin nisbətən aşağı olması onu göstərir ki, işlər müsbət istiqamətdə aparılır." 

İ.Əliyev qeyd edib ki, pandemiya ilə mübarizədə vaxtın qazanılması, səhiyyə sistemimizin hazırlanması, mütəxəssis və həkimlərin səfərbər edilməsi və düzgün idarəçiliyin qurulması əsas hədəflərdən idi.

Onun sözlərinə görə, insanların həyatını və sağlamlığını qorumaq, sonra isə iqtisadiyyatın xilas edilməsi hazırda dövlətin prioritetini təşkil edir. Və bu sahələrdə müvafiq tədbirlər görülüb.