Azərbaycan R-da daha 2 bankın lisenziyası ləğv edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i361168-azərbaycan_r_da_daha_2_bankın_lisenziyası_ləğv_edilib
Azərbaycan Respublikasının Mərkəzi Bankı «Atabank» və «Əmrahbank»ın lisenziyalarını ləğv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2020 10:06 Asia/Baku
  • Azərbaycan R-da daha 2 bankın lisenziyası ləğv edilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı «Atabank» və «Əmrahbank»ın lisenziyalarını ləğv edib.

Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirib ki, bu iki bankın maliyyə vəziyyətlərinin pisləşməsi çoxdan başlanmışdı. Xüsusən «Atabank» çox öncələrdən vətəndaşların əmanətlərini qaytarmaq və bu sahədəki vəzifələrini icra etmək gücünə malik deyildi.

Maliyyə bazarlarına nəzarət otağının ləğv olunmasından və onun ixtiyarlarının ötən il mərkəzi banka həvalə olunmasından sonra «Atabank» və «Əmrahbank»ın fəaliyyətlərinin araşdırılması məsələsi Azərbaycan Respublikasının Mərkəzi Bankının gündəminə gətirildi və bu iki bankın fəaliyyətlərinin araşdırılmasından sonra məlum oldu ki, hər iki bank ciddi maliyyə xəsarət və ziyanlarına düçar olub və öz sərmayəsini itirməklə müflis olubdur.

Azərbaycan Respublikasının Mərkəzi Bankı «NBC Bank»ın və «AG Bank»ın lisenziyalarını da ləğv edibdir.

AZƏRBAYCAN R-DA DAHA 2 BANKIN LİSENZİYASI LƏĞV EDİLİB