May 11, 2020 18:51 Asia/Baku
  • Tovuzda aksiya olub

Mayın 11-də Tovuz Rayonun Köhnəqala kəndin sakinləri etiraz aksiyanı keçirməyə cəhd göstərib. 

SaharAzeri Turan informasiya agentliyinə istinadla bildirir ki, aksiya su problemi ilə əlaqədar olub.

Əhali kənddə su probleminin olduğu, prezident İlham Əliyevin Tovuz rayonunda 18 artezian quyuların qazılması üçün 1 milyon 260 min manat vəsait ayırmasını diqqətə çəkib və bildiriblər ki, Tovuz rayonunun icra başçısı bu pulu dolayı yolla ələ keçirdiyi torpaqın başından vurdurur və kənd sakinlərini də qəbul etmək istəmir. 

Sakinlərin qarşısında başqa yol qalmadığında onlar rayon icra hakimiyyəti binası qarşısına toplaşmaq qərarına gəiblər ancaq yolda ikən buna da polis imkan verməyib. 

Sakinlərin dediklərinə görə, vəziyyəti belə görə İcra Hakimiyyətin nümayəndələri problemini həll olunacağını demək məcburiyyətində qalıblar, iki artezian quyu qazılacağına söz veriblər və beləliklə də  camaat geri qayıdıb.

Tovuz Rayon İcra Hakimiyyətinin İnformasiya Təminatı və təhlil sektorundan Turana aksiyanın keçirilməsi barədə xəbəri təkzib ediblər. "Heç bir sksiya olmayıb. Bu, yalan xəbərdir. İcra başçısının ünvanına səsləndiyi ittihamlar da yalandan başqa bir şey deyil".

Teqlər