İcma sədri: “Xocalı soyqırımını törədənlərin məhkəməyə cəlb edilməsini araşdırırıq”
May 14, 2020 15:23 Asia/Baku
“Ermənistan respublikasının təcavüzkar kimi məsuliyyətə cəlb edilməsi ilə bağlı araşdırmalar aparırıq”.
SaharAzeri APA-ya istinadən bildirir ki, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev deyib.
“Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparan, o cümlədən Xocalı soyqırımını törədən şəxslərin beynəlxalq səviyyədə məhkəməyə cəlb edilməsi məsələsini araşdırırıq”, - deyə icma sədri bildirib.
O vurğulayıb ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının dialoq çağırışlarına erməni icması müsbət reaksiya verməyib.