Azərbaycan Respublikasında koronavirusla bağlı son məlumat
https://azeri.sahartv.ir/news/azərbaycan-i361903-azərbaycan_respublikasında_koronavirusla_bağlı_son_məlumat
Bu gün Azərbaycan Respublikasında 136 nəfər koronavirus infeksiyasına yoluxub, 71 nəfər sağalıb, 3 nəfər isə vəfat edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2020 17:15 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusla bağlı son məlumat

Bu gün Azərbaycan Respublikasında 136 nəfər koronavirus infeksiyasına yoluxub, 71 nəfər sağalıb, 3 nəfər isə vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 17-nə olan statistik göstəriciləri açıqlayıb.

SəhərAzəri "Report"-a istinadən xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 072 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 232 077 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda 136 nəfər koronavirus infeksiyasına yoluxub, 71 nəfər sağalıb, 3 nəfər isə vəfat edib.

Ümumilikdə ölkəmizdə koronavirusa yoluxanların sayı 3 274 nəfərə, sağalanların sayı 2 015 nəfərə, ölənlərin sayı isə 39 nəfərə çatıb.

Hazırda 1 220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.