İyun 02, 2020 18:34 Asia/Baku
  • Azərbaycanda daha 273 nəfər COVİD-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SaharAzeri APA-ya istinadla xəbər verir: Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib, onlardan 3564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağırdır.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309.901 test aparılıb.

 

Teqlər

Şərhlər