Azərbaycanda bəzi xəstəxanalar tam boşaldılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i362671-azərbaycanda_bəzi_xəstəxanalar_tam_boşaldılıb
"Tibb müəssisələrinin üzərinə böyük yük düşür. Xüsusilə Bakıya yük düşür. Bəzi xəstəxanalar tam boşaldılmamışdı. Artıq həmin xəstəxanalar boşaldıldı".
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2020 15:05 Asia/Baku
  • Azərbaycanda bəzi xəstəxanalar tam boşaldılıb

"Tibb müəssisələrinin üzərinə böyük yük düşür. Xüsusilə Bakıya yük düşür. Bəzi xəstəxanalar tam boşaldılmamışdı. Artıq həmin xəstəxanalar boşaldıldı".

SəhərAzəri Report-a xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu da digər sahə üzrə xidmətlərin göstərilməsinə təsir edə bilər:

"Bu gün üçün heç bir tibbi xidmətin axsamasına yol verilməyib. Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000 - 8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur".