İyun 06, 2020 16:11 Asia/Baku
  • Qabil Hüseynli Trampın nümayişçilərə qarşı güc tətbiq etməsindən danışdı

Politoloq Qabil Hüseynli ABŞ-da davam edən iğtişaşların Trampın imicinə ciddi ziyan vurduğunu söyləyib.

SaharAzeri xəbər verir, Qabil Hüseynli Axar.az portalına verdiyi açıqlamada deyib ki, ABŞ Prezidenti Donald Trampın ölkədə etirazların qarşısını almaq üçün ordudan istifadə etməsi Vaşinqtonun dünyadakı imicinə ciddi ziyan vurdu. İş o yerə çatdı ki, bir çox dünya ölkəsi Trampı və ABŞ rəhbərliyini ölkədə aksiyaçılara qarşı gücdən istifadə etməməyə çağırdı.

Politoloqun sözlərinə görə, ABŞ-da qaradərili vətəndaşın polis tərəfindən öldürülməsi ölkədə siyasi zəlzələ effekti doğurub. Hətta etirazlar ölkə miqyasında yayılıb. Hazırkı vəziyyət təkcə bir qaradərili vətəndaşın ölümü ilə əlaqədər deyil, bütövlükdə son illərdə artan qaradərili qətlinə reaksiyadır. Təbii ki, buna qədər ölkədə etnik iğtişaşlar, islamafobiya və sairə kimi antidemokratik hallar artmaqda idi. Trampın hakimiyyətə gəlməsi ilə bu proseslərə sanki bir az da təkan verildi. Bütövlükdə baş verənlər Tramp administrasiyasının sonu ilə nəticələnə bilər”.

Teqlər