İyun 08, 2020 21:17 Asia/Baku
  • Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı

Bu gün Azərbaycanda koronavirusla bağlı 3 515 test aparılıb.

SaharAzeri  Report-a istinadla  xəbər verir ki, bununla da ölkədə koronavirusla bağlı aparılan testlərin ümumi sayı 343 391-ə çatıb.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 323 nəfər koronavirusa yoluxub, 228 nəfər sağalıb, 5 nəfər isə vəfat edib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 7 876-ya, sağalanların sayı 4 377-yə, ölənlərin sayı isə 93-ə çatıb.

 

Teqlər