İyun 10, 2020 23:26 Asia/Baku
  • Məhkəmə Qiyas İbrahimovu cərimə edib

Bakının Nizami rayon Məhkəməsi ictimai fəal Qiyas İbrahimovu inizabi qaydada 50 manat cərimə edərək sərbəst buraxıb.

SaharAzeri  Turana istinadla xəbər verir, Qiyas İbrahimov məhkəmənin qərarı ilə razılaşmır və hər hansı qaydanı pozmadığını bildirir.

“Mən hər hansı qaydanı pozmamışam, etiraz etmişəm. Hökumət karantin dövründə mənə işsizlik müqabilində 380 manat yardım vermişdi. Onun 200 manatını tələbələrin etiraz aksiyasında iştirakıma görə, 50 manatını isə etiraz etdiyimə görə cərimə şəklində geri aldı,” İbrahimov qeyd edib.

İctimai fəal iyunun 9-da polis zorakılığına etiraz olaraq aksiya keçirib. Yaşadığı binanın damına çıxan fəal üzərinə “Bəsdir əyildin. Susma, sən də DİN!” şüarı yazılmış plakat asıb. İbrahimov bununla polisin iyunun 8-də Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binada keçirdiyi əməliyyat zamanı qanunsuzluqlara etirazını bildirib

Teqlər