Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü keçiriləcək
https://azeri.sahartv.ir/news/azərbaycan-i363349-azərbaycan_və_ermənistan_xİn_başçılarının_videokonfrans_formatında_görüşü_keçiriləcək
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə daim təmasdadırlar. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunduğu birgə videokonfrans keçiriblər”.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 17, 2020 15:00 Asia/Baku
  • Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü keçiriləcək

“ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə daim təmasdadırlar. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunduğu birgə videokonfrans keçiriblər”.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN rəsmisi bu ayın sonuna kimi həmsədrlərin nazirlərlə növbəti qiyabi görüşünün planlaşdırıldığını qeyd edib.

 

Bu barədə ayrıca məlumat veriləcək. Bildiyiniz kimi, koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqda – sərhədlər açıldıqda və beynəlxalq aviareyslər bərpa edildikdə görüşlər də əyani xarakter daşıyacaq”, - deyə M. Zaxarova vurğulayıb.