Azərbaycanda daha 491 nəfər koronavirusa yoluxdu
https://azeri.sahartv.ir/news/azərbaycan-i363533-azərbaycanda_daha_491_nəfər_koronavirusa_yoluxdu
Azərbaycanda 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2020 16:48 Asia/Baku
  • Azərbaycanda daha 491 nəfər koronavirusa yoluxdu

Azərbaycanda 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri Trend-ə istinadla xəbər verir, Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5 776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 4 947 koronavirus testi aparılıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 422 049 test aparılıb.

Image Caption