Azərbaycanda daha 508 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib
İyun 23, 2020 20:41 Asia/Baku
Azərbaycanda 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
SəhərAzəri "Report"a istinadla xəbər verir, Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6 045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 6 464 koronavirus testi aparılıb.