Elmar Məmmədyarovun həmsədrlərlə görüşü keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i363912-elmar_məmmədyarovun_həmsədrlərlə_görüşü_keçirilib
Elmar Məmmədyarovun həmsədrlərlə videokonfrans formatında görüşü keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2020 04:16 Asia/Baku
  • Elmar Məmmədyarovun həmsədrlərlə görüşü keçirilib

Elmar Məmmədyarovun həmsədrlərlə videokonfrans formatında görüşü keçirilib.

SəhərAzəri  APA-ya istinadla xəbər verir ki, dünən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə videokonfrans formatında görüşü baş tutub.

Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma və infrastruktur layihələri daxil olmaqla Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət məsələsini qaldırıb.

Həmsədrlər imkan olan ilk fürsətdə iki ölkənin Xarici İşlər nazirləri arasında birbaşa təmasların qurulmasının əhəmiyyətini vurğulayıblar.

İyunun 30-da ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulur.