İyun 30, 2020 14:45 Asia/Baku
  • Azərbaycanın 2 şəhər və 2 rayonuna yeni prokuror təyin edilib

Azərbaycanın 2 şəhər və 2 rayonuna yeni prokuror təyin edilib

SəhərAzəri APA-ya istinadla xəbər verir ki, Azərbaycan Respublikasında  Prokurorluq orqanlarında yeni təyinatlar olub.

 Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Vüqar Əhmədliyə Kəlbəcər rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Baş prokurorun digər əmri ilə Kamran Məmmədova Goranboy rayon prokuroru vəzifəsinin icrası həvalə olunub. 

Bundan başqa Fuad Məmmədova Şirvan şəhərinin prokuroru vəzifəsinin icrası, Müqəddəs Sultanova isə Sumqayıt şəhər prokuroru vəzifəsinin icrası həvalə edilib. 

 

Teqlər

Şərhlər