İyul 02, 2020 20:35 Asia/Baku
  •  Həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır

Azərbaycan Respublikasında xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.

SaharAzeri-nin APA-ya istinadla verdiyi xəbərə görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb. 
Məlumata əsasən, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonlarında aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:
 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;
11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 
18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.
Həmçinin bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.
Məlumata əsasən, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.
Ələcə də 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır..
Məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda  aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:
4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;
11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 
18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Teqlər

Şərhlər