Daha 235 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub
https://azeri.sahartv.ir/news/azərbaycan-i364506-daha_235_azərbaycan_vətəndaşı_rusiyadan_təxliyə_olunub
Bu gün daha 235 Azərbaycan Respublikası vətəndaşının Rusiyadan ölkəsinə qayıtması təmin edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2020 15:46 Asia/Baku
  • Daha 235 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub

Bu gün daha 235 Azərbaycan Respublikası vətəndaşının Rusiyadan ölkəsinə qayıtması təmin edilib.

 SəhərAzeri Apa-ya istinadən xəbər verir ki, bu gün Moskvanın "Domodedovo" hava limanında 235 Azərbaycan vətəndaşı "Azərbaycan Respublikası Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Bakı-Moskva-Bakı reysi ilə vətənə yola salınıb. 

Yerli vaxtla saat 16.00-da Moskvadan havaya qalxan təyyarə saat 20.00-da Bakının Heydər Əliyev adına Beynəlxalq Hava limanına enib.