Azərbaycan Respublikasında koronavirusa daha 529 yoluxma faktı qeydə alınıb, 547 nəfər sağalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i364532-azərbaycan_respublikasında_koronavirusa_daha_529_yoluxma_faktı_qeydə_alınıb_547_nəfər_sağalıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 529 yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2020 13:35 Asia/Baku
  • Azərbaycan Respublikasında koronavirusa daha 529 yoluxma faktı qeydə alınıb, 547 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 529 yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilin.

Məlumata əsasən, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 24 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 015, ötən müddət ərzində isə ümumilikdə 576 249 test aparılıb.