Quterreşdən Qarabağla bağlı Əliyevə: Belə davam edə bilməz...
https://azeri.sahartv.ir/news/azərbaycan-i365001-quterreşdən_qarabağla_bağlı_Əliyevə_belə_davam_edə_bilməz...
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2020 18:07 Asia/Baku
  • Quterreşdən Qarabağla bağlı Əliyevə: Belə davam edə bilməz...

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş Prezident İlham Əliyevlə telefon söhbətində bildirib.

O, ilk növbədə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahat olduğunu bildirib və insan tələfatı ilə bağlı təəssüf hissini ifadə edib.

BMT-nin Baş katibi eyni zamanda qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb.