Aİ Ermənistan və Azərbaycan Respublikasını hərbi qarşıdurmanı dayandırmağa çağırıb
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ermənistan və Azərbaycan Respublikasının xarici işlər nazirləri ilə ayrı-ayrılıqda apardığı telefon söhbəti zamanı, hər iki ölkəni döyüşləri və gərginliyə səbəb olacaq hərəkətləri dayandırmağa çağırıb.
SəhərAzəri xəbər verir, Cozep Borrell Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakaniyan və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ayrıca apardığı telefon danışığı zamanı hər iki tərəfi bölgədəki kritik infrastrukturlar üçün təhlükə yaratmaqdan çəkinməyə çağırıb.
O, həmçinin bütün regional aktyorların münaqişənin həllinə kömək etməli olduğunu da vurğulayıb.
Avropa İttifaqının Ali nümayəndəsi tərəfləri ATƏT-in Minsk Qrupu ilə birbaşa əlaqədə olmağa və mübahisələrin həlli üçün nəzərdə tutulmuş digər kanallardan istifadə etməyə çağırıb.
Avropa İttifaqının Ali Nümayəndəsi, həmçinin şərtlər imkan verən kimi, ATƏT-in Ermənistan və Azərbaycan Respublikasının sərhəd bölgələrində yenidən monitorinq aparmalı olduğunu söyləyib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və bu ölkənin digər rəsmiləri Minsk Qrupunun fəaliyyətindən narazıdırlar.və bu qrupun heç bir əməli tədbir görmədiyinə inanırlar.