Azərbaycan R-nın Dağlıq Qarabağ bölgəsinda koronavirusdan ilk ölüm halı qeydə alınıb
İyul 26, 2020 13:43 Asia/Baku
Azərbaycan Respublikasının işğal altında olan Qarabağ bölgəsində koronavirusa yoluxanlar arasında ilk ölüm halı qeydə alınıb.
SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə məlumatı qondarma rejimin “Səhiyyə Nazirliyi” yayıb.
Məlumata görə, ölən şəxs 90 yaşında olan bir qadındır.
Ümumilikdə bölgədə koronavirusa yoluxanların sayı 212 nəfərdir. Onlardan 149-u sağalıb.
Bildirilib ki, işğal altında olan ərazidə 125 nəfər karantinə alınıb, 4 691 koronavirus testi aparılıb.