Avq 03, 2020 17:53 Asia/Baku
  • Koronavirus pandemiyasında 3-cü dalğa

Dünya ölkələrinin təcrübəsi göstərir ki, yumşaldılmalara getdikcə alovlanmalar baş verir. Cənub-Şərqi Asiya ölkələrində artıq 3-cü dalğa müşahidə olunur. Bəzi ölkələrdə yenidən sərhədlər bağlanır.

Səhər Azəri bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Trend-in məlumatına görə, Hikmət Hacıyev deyib: Ölkədə vəziyyət nəzarətdə saxlanılır və müsbət dinamika müşahidə olunur.

Hikmət Hacıyev həmçinin deyib: "Ölkəmizdə olan müsbət dinamikanın saxlanılması üçün fərdi və ictimai məsuliyyətin saxlanılması vacibdir. Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırırıq".

Teqlər