Azərbaycan Respublikasında məscidlərin açılmasınin zəruriliyi vurğulanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i365801-azərbaycan_respublikasında_məscidlərin_açılmasınin_zəruriliyi_vurğulanıb
Azərbaycan Respublikasının "Cümə" Dini icmasının rəhbəri Hacı İlqar İbrahimoğlu sanitariya-gigyena qaydalarına riayət etməklə ölkədə fərdi ibadətlər üçün məscidlərin açılmasına çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2020 06:37 Asia/Baku
  • Azərbaycan Respublikasında məscidlərin açılmasınin zəruriliyi vurğulanıb

Azərbaycan Respublikasının "Cümə" Dini icmasının rəhbəri Hacı İlqar İbrahimoğlu sanitariya-gigyena qaydalarına riayət etməklə ölkədə fərdi ibadətlər üçün məscidlərin açılmasına çağırıb.

SəhərAzəri xəbər verir, Hacı İlqar İbrahimoğlu Azərbaycan Respublikası rəsmilərinin məscidlərin açılmasının hökumətin gündəmində olmadığına dair açıqlamasına reaksiyada, deyib: "Bu strategiya tamamilə səhvdir"

"İqtisadi fəaliyyət, biznes, istehsal, bazar və əyləncə mərkəzlərinin açılışının vacib olduğu kimi, mənəvi əhval-ruhiyyə bəxş edən mərkəzlərin də açılışı zəruridir və bunların hər ikisi də prioritet və gündəmdə olmalıdır", -deyə Azərbaycan Respublikasının "Cümə" Dini icmasının rəhbəri qeyd edib.

İlqar İbrahimoğlu Azərbaycan Respublikasının məscidlərində sıxlığın yaranması ilə bağlı narahatlıqların yersiz olduğu bildirib və vurğulayıb: "Tarixi quruluş baxımından məscidlər hündür tavana, açıq fəza və həyətə sahibdirlər, möminlərdə qiqiyena qaydalarına riayət edirlər və İslamda da şəxsi təmizlik və gigiyana qaydalarına riayət etməyə daha çox təkid olunub.