Azərbaycanda koronavirus infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda koronavirus infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb
Avq 16, 2020 16:58 Asia/Baku
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineiti yanında Operativ Qərargah məlumat yayıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirusdan vəfat edən olmayıb.
İndiyədək Azərbaycanda ümumilikdə 34 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 18 38 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5712, ötən müddət ərzində isə ümumilikdə 831 755 test aparılıb.