Azərbaycanda bir gündə 169 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb sağalıb
Azərbaycanda bir gündə 169 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb sağalıb
Azərbaycan Respublikasında ötən sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Səhər Azəri bildirir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bu məlumata görə Operativ Qərargah COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfərin vəfat etdiyini bildirib.
İndiyədək Azərbaycanda ümumilikdə 35274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib, aktiv xəstə sayı 1763 nəfərdir.
Azərbaycan Respublikasında son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5432 , ötən müddət ərzində isə ümumilikdə 873777 test aparılıb.