Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i366541-sentyabrın_15_dən_ali_məktəblər_distant_qaydada_fəaliyyətə_başlayacaq
Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 28, 2020 04:34 Asia/Baku
  • Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq

Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq.

SəhərAzəri APA-a istinadla xəbər verir, bunu  COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, oktyabr ayından 1-ci kursa qəbul olunmuş tələbələrin ənənəvi qaydada müəyyən universitet və ali məktəbləri ilə tanışlıq üçün gəlməsi planlaşdırılır: “15 oktyabr tarixindən isə bu ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və s. əyani təhsil üzrə tədris başlayacaq. 2 noyabrdan bu məsələyə yenidən baxıla bilər”.