Avq 30, 2020 23:05 Asia/Baku
  • Azərbaycanda koronavirus infeksiyasına yoluxan 127 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Səhər Azəri bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah bu barədə məlumat yayıb.

Bu məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər də vəfat edib.

İndiyədək Azərbaycan Respublikasında ümumilikdə 36 309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 703 nəfər müalicə olunaraq sağalıb, 531 nəfər vəfat edib, aktiv xəstə sayı 2075 nəfərdir.

Teqlər