Koronavirus pandemiyasında son durum
Azərbaycanda son sutkada koronavirusa yoluxan 113 nəfər sağaldı
Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxdu, 113 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Səhər Azəri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Məlumata əsasən Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək Azərbaycanda ümumilikdə 39 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1 851 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 672, bu günə qədər isə ümumilikdə 1 064 475 test icra olunub.