Azərbaycan Respublikasında bir gündə 19 şagird koronavirusa yoluxub
https://azeri.sahartv.ir/news/azərbaycan-i367636-azərbaycan_respublikasında_bir_gündə_19_şagird_koronavirusa_yoluxub
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2020 13:38 Asia/Baku
  • Azərbaycan Respublikasında bir gündə 19 şagird koronavirusa yoluxub

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

SəhərAzəri yerli mənbələrə istinadla xəbər verir, Nazirlikdən verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 94, işçi heyətinin sayı 2 olub. 

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 19, işçi heyətinin sayı 3 nəfər təşkil edib. 

Distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub. 

Bu günə  qədər distant təhsilə keçən siniflərin sayı 9, məktəb sayı isə 1-dir.